AZ

Bakıda Bədbəxt hadisə: Xəstəxananın lifti qırıldı

Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən "Avrasiya Hospital"da bədbəxt hadisə baş verib.

Hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub.

Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb.

Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"

phrase_var_article.chosen
31
22
bakuinfo.net

10phrase_var_article.sources