AZ

"Bayern"in Noyerlə bağlı planı üzə çıxdı: Xələfini...

"Bayern" rəhbərliyi komandanın qapıçısı Manuel Noyerin taleyi ilə bağlı qərar verib

Publika.az xəbər verir ki, Münhen komandası Almaniya millisinin sabiq qolkiperi ilə müqaviləni 2026-cı ilə qədər uzatmağa yaxındır. Bu barədə “Kicker” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Bayern” yayda Noyerdən son durumunu öyrənəcək. Klub eyni zamanda onun yanında inkişaf edəcək yeni gənc qapıçı ilə də müqavilə imzalamağı planlaşdırır. Hələlik bu yerə əsas namizəd "Köln"də çıxış edən 21 yaşlı Conas Urbiqdir.

Qeyd edək ki, Noyerin Münhen komandası ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

phrase_var_article.chosen
29
publika.az

1phrase_var_article.sources