AZ

Bred Pitt Ancelina Coli ilə eyni filmə çəkilmək istəmir

Hollivud aktyoru Bred Pitt keçmiş həyat yoldaşı, aktrisa Ancelina Coli ilə filmə çəkilməkdən imtina edib.

Oxu24.com xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bred Pittə yaxın olan insayder aktyorun Ancelina Coli ilə çəkilişlər haqqında düşünmədiyini bildirib. Mənbənin sözlərinə görə, sənətçi heç vaxt belə bir təkliflə razılaşmaz. 

“Hazırda onlar qatı düşməndirlər, buna görə də Bred nəyin bahasına olursa-olsun Ancelina ilə ekran görüşünü müzakirə etməyə razı olmayacaq. O, ona o qədər ürək ağrısı verdi ki, hətta yaxın ətrafının Pittlə Coli haqqında danışmasını istəmir", -  mənbə nəşrə deyib.  

Qeyd edək ki, məşhurlar 2019-cü ildə boşanıblar. 

phrase_var_article.chosen
42
1
oxu24.com

2phrase_var_article.sources