AZ

Qida məhsullarının təhlükəsizliyi üçün “Rəf ömrünün təyini” sınaqlarına başlanılır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin təmin olunması məqsədilə “Rəf ömrünün təyini” sınaqlarına start verib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, sınaqların aparılmasında məqsəd qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəflər arasında inamın artırılması, həmçinin istehlakçıların məhsulların saxlanma müddətinə dair elmi əsaslarla məlumatlandırılmasıdır.

“Rəf ömrünün təyini” istehsal prosesindən başlayaraq məhsulun son istehlak tarixinə qədər olan bütün mərhələləri əhatə edir və məhsulun mikrobioloji, fiziki-kimyəvi və toksikoloji parametrlərinin təhlilinə əsaslanır.

Sınaqlar bu sahədə fəaliyyət göstərən istehsalçılara müxtəlif istiqamətlərdə dəstək verəcək:

-məhsulun saxlanma müddətinin optimal şəkildə müəyyən olunması;

-keyfiyyətin qorunması üçün uyğun saxlanma şəraitinin təyin edilməsi;

-istehlakçıların sağlamlığının qorunması üçün təhlükəsiz qida məhsullarının istehsalı.

Bu yenilik həm yerli bazar məhsullarının, həm də ixrac təyinatlı məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına mühüm töhfə verəcək.

phrase_var_article.chosen
32
ikisahil.az

1phrase_var_article.sources