Bakının Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Hyundai” markalı, 49-BG-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Şərifov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarına əsasən, E.Şərifovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla cərimə olunub.
Qeyd edək ki, gecə saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan VAZ-21074 markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.