AZ

Rusiya XİN-dən Paşinyanla bağlı AÇIQLAMA

Rusiya tərəfi ümid edir ki, bütün dəvət olunanlar kimi Ermənistanın baş naziri Nikol Paşinyan da dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. 

"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. 

"Hər kəs dəvətlidir. Bu gün hələ dekabrın 16-dır və dediyiniz hadisələr bir az sonra olacaq. Ümid edirik ki, dəvət etdiyimiz bütün şəxslər, o cümlədən Nikol Vovaeviç Paşinyan da Sankt-Peterburqa gələcəklər. Görək orada nə olacaq", - diplomat bildirib.

Ağarza Elçinoğlu 

phrase_var_article.chosen
43
50
unikal.az

10phrase_var_article.sources