AZ

Şolts səsvermə tələb etdi

Almaniya kansleri Olaf Şolts Bundestaqdan hökumətinə etimad səsverməsi tələb edib.

Bu barədə xarici KİV məlumat yayıb.

Səsvermə bir neçə saat ərzində baş tutacaq. Üç partiyalı koalisiyanın dağılmasından sonra Bundestaqın Şolts hökumətinə etimad göstərməyəcəyi gözlənilir.

Çox güman ki, “Birlik-90. “Yaşıllar” partiyasının üzvləri səsvermədə bitərəf qalacaq, Azad Demokratlar isə hökuməti dəstəkləməyəcək. Deputatların əksəriyyəti etimad göstərməsə, Almaniya prezidenti Bundestaqı buraxacaq. Bu halda mövcud hakimiyyət növbədənkənar seçkilər keçirilənə qədər fəaliyyətini davam etdirəcək.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az

Seçilən
27
unikal.az

1Mənbələr