AZ

Lənkəranda velosipedçi qəzada həyatını itirdi – FOTO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lənkəran-Boradigah-Masallı magistral yolunun Girdəni kəndi ərazisində "Mercedes" markalı minik avtomobilinin sürücüsü velosipedçini vurub.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən, yolda həyatını itirib.

Mərhumun cəsədi daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın Cənub bürosuna verilən məlumata görə, Ş.Səmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə 43 yaşlı Murad Quliyevi velosipedlə hərəkətdə olarkən vurub. M.Quliyev aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.










Sabutay, Bizim.Media, Cənub bürosu

phrase_var_article.chosen
47
bizim.media

1phrase_var_article.sources