"Barselona"nın zədələnən futbolçusu Lamin Yamalın durumu açıqlanıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı vinger 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
İspaniyalı futbolçu La Liqanın son turunda "Leqanes"ə uduzduqları oyununda zədələnmişdi. Onun topuğunda 1-ci dərəcəli zədə aşkarlanıb.
Qeyd edək ki, Yamal "Barselona"nın heyətində bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb, 6 qol vurub və 12 qolun ötürməsini verib.