AZ

Səkkiz yaşlı Aytənin anası: "Günü 18 manata işləyirəm, qızımın müalicələrini çatdıra bilmirəm"

Səkkiz yaşlı Aytənin sizin yardımınıza ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Ülviyyə Qurbanova məlumat verib.

O bildirib ki, Aytən anadangəlmə bud-çanaq oynağının ikitərəfli çıxığı xəstəliyindən əziyyət çəkir:

"Aytən bu günə kimi üç dəfə əməliyyat olunub. Aytənin onurğasında anadangəlmə lordoz var (anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır - red.). Buna görə də o üç dəfə bud-çanağından, bir dəfə də dizindən əməliyyat edilib".

Gənc ana övladının reabilitasiyası üçün dəstəyə ehtiyacları olduğunu deyib:

"Aytənin biraylıq reabilitasiyası üçün bizim 1 200 manata ehtiyacımız olur. Özüm günü 18 manata restoranlardan birində qabyuyan kimi çalışıram. Bu pulla həm kirayə pulunu ödəyib, həm də Aytənin müalicəsini çatdırmaq çox çətindir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 759-96-37.

Kapital Bank: 4169 7388 1605 2538.

Seçilən
18
3
hakimiyyet.az

10Mənbələr