AZ

Yeni ili bölgələrdə keçirənlər nə qədər pullarından keçməlidirlər? VİDEO

Bayram tətili yaxınlaşdıqca bölgələrdə günlük kirayə evlərə olan tələbat artıb.

Xezerxeber.az-ın xəbərinə görə, əmlak ekspertləri bildirirlər ki, bölgələrdə otellərlə müqayisədə daha çox günlük evlərin kirayələnməsinə başlanılıb. Bu isə həmin ərazilərdə kirayə qiymətlərinə də öz təsiri göstərir.

Qiymətlər isə evin otaq sayına və şəraitinə uyğun olaraq dəyişir.

Əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmovun sözlərinə görə, qiymətlər eyni zamanda regionlardan asılı olaraq dəyişir. Ən bahalı gündəlik kirayə evlər İsmayıllı-Qəbələ, Quba-Qusar bölgəsində rast gəlinir. Belə ki, bu rayonlarda sadə evlərin qiyməti 100 manatdan başlayır. Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər nisbətən ucuzdur. Bu rayonlarda sadə evlərin günlük kirayəsi 50 manatdan təklif edilir..

Əmlak eksperti həmçinin onu da vurğulayıb ki, qiymət artımına təsir edən səbəblərdən biri də xarici turların və yerli hotellərin qiymətinin baha olmasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

phrase_var_article.chosen
35
3
xezerxeber.az

4phrase_var_article.sources