AZ

Peskov Putinin “Milad atəşkəsi” ideyasına necə reaksiya verdiyini açıqlayıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının Macarıstanın baş naziri Viktor Orbanın sülh təklifini nəzərdən keçirməyə hazır olması ilə bağlı xəbərləri şərh edib.

NOCOMMENT.az xəbər verir ki, Peskov jurnalistlərlə söhbətində Kiyevdə Orbanın diplomatik səylərinin rədd edildiyini xatırladıb.

Brifinq zamanı Kreml təmsilçisindən “Milad atəşkəsi” üçün ümidin olub-olmaması soruşulub.

“Trampın komandası, ilk növbədə, indi Ağ Evi idarə etmir. Baydenin komandası indi Ağ Evdə oturub… İkincisi, Putinin Orbanla danışdığını bilirsiniz. Putin Macarıstan baş nazirinin sülh səylərini dəstəkləyib. Lakin eyni zamanda, bu səylər Ukrayna tərəfi, yəni Zelenski tərəfindən dəstəklənməyib”, – Peskov qeyd edib.

Dekabrın 11-də Orban Rusiya prezidenti ilə telefon danışığı zamanı Milad bayramı üçün əsas məhbus mübadiləsini təklif edib. Macarıstanın baş naziri də atəşkəs elan etmək təşəbbüsü ilə çıxış edib.

Seçilən
14
nocomment.az

1Mənbələr