AZ

"Bitcoin”nin qiyməti 107 min dolları keçib

“Bitcoin” kriptovalyutasının qiyməti yeni rekord müəyyən edərək 107 min dollar həddini keçib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Binance" kriptovalyuta birjasının məlumatları göstərib.

Qeyd edək ki, Bitkoin Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra sürətlə bahalaşıb. Seçki kampaniyası zamanı respublikaçı kriptovalyutaları dəstəklədiyini söyləyib və qalib gələcəyi təqdirdə ABŞ-nin "bitcoin supergücü" edəcəyinə söz verib.

“CoinGecko”nun məlumatına görə, iyul ayından etibarən dünyada hökumətlər ümumi bitkoin tədarükünün 2,2 faizinə malik idi. ABŞ-da isə 200 minə yaxın bitkoin var ki, bu da hazırkı səviyyədə 20 milyard dollardan çoxdur.

“BitcoinTreasuries” veb-saytına görə, əhəmiyyətli miqdarda bitkoini olan digər ölkələr Çin, Böyük Britaniya və Butandır.

Seçilən
34
operativmedia.az

1Mənbələr