AZ

Hakan Fidan beynəlxalq gündəm üzrə mühüm danışıqlar aparıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün bir sıra mühüm telefon danışıqları aparıb.

Musavat.com xəbər verir ki, O, əvvəlcə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas ilə əlaqə saxlayıb. Danışıq zamanı Suriya və Ukraynadakı mövcud vəziyyət müzakirə edilib.

Hakan Fidan daha sonra Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp ilə görüş keçirib. Bu danışıqda isə əsas diqqət Suriyadakı son hadisələr və Qəzzadakı humanitar böhranla bağlı məsələlərə yönəlib.

Görüşlər zamanı regional və beynəlxalq sabitliyin təmin olunması, həmçinin münaqişələrin həllində diplomatik yolların əhəmiyyəti vurğulanıb. Türkiyənin bu məsələlərdəki fəal rolu və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr bir daha diqqətə çatdırılıb.

Hakan Fidanın ardıcıl şəkildə keçirdiyi bu danışıqlar Türkiyənin beynəlxalq arenadakı diplomatik təşəbbüslərinin davam etdiyini göstərir. 

Mənbə: https://www.milliyet.com.tr/

 

Musavat.com

Seçilən
24
50
musavat.com

10Mənbələr