AZ

“Bu, Suriyanın yeni hökuməti ilə dialoqda müəyyən olunacaq” – Peskov

  “Rusiyanın Suriyadakı hərbi bazaları ilə bağlı yekun qərar yoxdur”.

Bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Rusiyanın Suriyada hərbi mövcudluğunun gələcəyi yeni hakimiyyətlə dialoqda həll olunacaq.
 
“Hazırda bu məsələ ilə bağlı yekun qərar yoxdur. Biz ölkədə vəziyyətə nəzarət edən qüvvələrin nümayəndələri ilə əlaqə saxlayırıq və bütün bunlar dialoq zamanı müəyyən olunacaq”, – deyə Kreml nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, Suriyadakı Rusiya hərbçiləri Xmeymim aviabazasında və Tartusdakı logistika məntəqəsində yerləşir. İkitərəfli razılaşmaya əsasən, Rusiya bazalardan 2066-cı ilə qədər istifadə edə bilər.//Globalinfo.az  

Seçilən
39
referans.az

1Mənbələr