AZ

Gözlənilən cəzanı aldı

Hans-Diter Flik gözlənilən aqibətlə üzləşib.

İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi “Barselona”nın baş məşqçisini cəzalandırıb. Alman mütəxəssis La Liqanın 16-cı turunun “Betis”lə oyunundakı (2:2) davranışına görə sanksiya alıb. O, qırmızı vərəqə almış və hakimlə mübahisə etmişdi. Flik 2 oyunluq diskvalifikasiya edilib.

“Barselona” rəhbərliyinin qərardan şikayət etmək üçün 10 günlük vaxtı var.

phrase_var_article.chosen
20
football-plus.az

1phrase_var_article.sources