AZ

Trampın saxtakarlıq işində toxunulmazlığının olmadığına qərar verilib

Trampın saxtakarlıq işində toxunulmazlığının olmadığına qərar verilib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təqsirli bilindiyi “Trump Organization” şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması işi ilə bağlı təqibdən immuniteti yoxdur. Bu barədə CNN hakim Xuan Merçanın qərarına istinadən məlumat yayıb. Hakim qeyd edib ki, proses zamanı təqdim olunan sübutlar toxunulmazlığın müdafiəsinə aid olmayan “sırf qeyri-rəsmi davranışa” aiddir.Merçan əvvəllər bu iş üzrə cəzanın təxirə salınmasına razılıq verib.Bu il mayın sonunda Tramp maliyyə saxtakarlığı işində bütün 34 maddə üzrə təqsirli bilinib. O, ABŞ tarixində münsiflər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş prezident olub. Hökm sentyabrın 18-nə təyin edilib.ABŞ-ın keçmiş prezidentinə qarşı istintaqa səbəb 2018-ci ilin yanvarında “The Wall Street Journal”ın nəşri olub. Bildirilir ki, respublikaçı 2016-cı ildə prezident seçkilərində qalib gəlməzdən bir ay əvvəl onun vəkili Maykl Koen keçmiş porno aktrisa Stormi Danielsə təxminən 10 il əvvəl Trampla münasibətləri barədə məlumatı açıqlamaması üçün 130 min dollar ödəyib.

Seçilən
22
afn.az

1Mənbələr