AZ

Bakı Mühəndislik Universiteti reytinq təşkilatına 135 min manat ödəyəcək

"Bakı Mühəndislik Universiteti"  publik hüquqi şəxsi reytinq təşkilatı olan "QS Quacquarelli Symonds LTD"yə 135 460 AZN ödəyəcək.

 

Pravda.az-ın xəbərinə görə, qurumlar arasında bağlanılan müqavilə 2028-ci ilədək olan dövrü əhatə edəcək.

 

Burada məqsəd “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etməkdir.

 

Qeyd: Universitetin rektoru professor Havar Məmmədovdur. 


Cabir Həsənov

Tarix: 17 Dekabr 2024, 11:19   
Seçilən
11
4
pravda.az

5Mənbələr