Bakı Mühəndislik Universiteti reytinq təşkilatına 135 min manat ödəyəcək
Bakı Mühəndislik Universiteti"publik hüquqi şəxsi reytinq təşkilatı olan "QS Quacquarelli Symonds LTD"yə 135 460 AZN ödəyəcək.
Məlumata görə, qurumlar arasında bağlanılan müqavilə 2028-ci ilədək olan dövrü əhatə edəcək.
Burada məqsəd “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etməkdir(Pravda.az).
Qeyd edək ki, Universitetin rektoru professor Havar Məmmədovdur.