“Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün razılaşmanın əldə olunmasına çalışacağam”.
Senzor.az bildirir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp noyabr seçkisində qalibiyyətindən sonra Floridadakı Mar-a-Laqo malikanəsində keçirdiyi ilk mətbuat konfransında deyib.
O, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putini yaxşı tanıdığını deyib.
Tramp vurğulayıb ki, həmkarları razılaşma əldə etməyə hazır olmalıdırlar: “Mən Ukraynada davam edən dəhşətli müharibənin dayandırılmasına çalışıram”,- deyə ABŞ lideri bildirib.