AZ

Güclü zəlzələ 6 nəfərin ölümünə səbəb oldu - Ərazidən GÖRÜNTÜLƏR

Sakit okeanın Vanuatu adaları sahillərində 7,3 bal gücündə zəlzələ baş verib. Nəticədə paytaxt Port Viladakı ABŞ səfirliyi də daxil olmaqla bir neçə binaya ziyan dəyib.

Modern.az-ın məlumatına görə, Qırmızı Xaç Cəmiyyətinin Sakit Okean regionu üzrə rəhbəri Keti Qrinvud sosial media hesabında bildirib ki, zəlzələ zamanı altı nəfər həlak olub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin mənbəyi 57,1 km dərinlikdə yerləşib. Sunami xəbərdarlığı elan edilib, lakin sonra ləğv olunub. Yeraltı təkanlar paytaxtdan 30 km qərbdə qeydə alınıb, ardınca 5,5 bal gücündə zəlzələ baş verib.

Vanuatuda baş verən zəlzələ elektrik enerjisinin kəsilməsinə səbəb olub, nəqliyyat vasitələrinə ziyan vurub və Port Viladakı diplomatik kompleks də daxil olmaqla çoxsaylı binalar zərər görüb. 

Port Villada beynəlxalq gəmiçilik terminalının yaxınlığında torpaq sürüşməsi də baş verib və əraziyə girişi bağlayıb. Keti Qrinvud deyib ki, çoxlu sayda insan yaralanıb, onların dəqiq sayı hələ məlum deyil. Bir neçə nəfərin binaların dağıntıları altında qala biləcəyi ehtimal edilir.

Vanuatu 80 ada zəncirində yerləşən Sakit okean ölkəsidir. Əhalisi 334 min nəfərdən çoxdur.

***

09:24

Vanuatunun paytaxtı Port-Vilada güclü zəlzələ baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ 7,4 bal gücündə olub.

Zəlzələ nəticəsində ABŞ və Fransa səfirliklərinin, həmçinin Yeni Zelandiya və digər ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi bina zərər görüb.

Məlumata görə, zəlzələ nəticəsində sütun aşıb, divarlardan birində çatlar əmələ gəlib, həmçinin pəncərələr zədələnib.

 

Seçilən
15
13
modern.az

10Mənbələr