AZ

Rusiyada araq hədiyyə etmək qadağan olunur –50 min cərimə

Rusiyada vətəndaşların bir-birinə spirtli içki hədiyyə etməsi qadağan edilməsi təklif olunub.

Azpost.info bildirir ki, bu qanunverici təşəbbüslər Dövlət Dumasının deputatı, Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini Andrey Svintsov çıxış edib. Life.ru qanun layihəsini nəzərdən keçirib.

“Hədiyyələrin yalnız müsbət, faydalı şeylər şəklində verilməsi təklif olunur. Məsələn: idman zalına üzvlük, əlavə təhsil üçün sertifikat, kino, muzey və teatrlara biletlər, maarifləndirici kitablar, və.s. Belə hədiyyələr insanlara sevinc və həzz verir”, – sənəddə deyilir.

Layihə dekabrın 17-də Dövlət Dumasına baxılmaq üçün təqdim olunacaq. O, İnzibati Xətalar Məcəlləsinə spirtli içkilərin hədiyyə verilməsinə görə cərimələri nəzərdə tutan yeni maddə ilə əlavə edilməsini təklif edir. Fiziki şəxsləri beş min rubl, vəzifəli şəxsləri 25 min rubldan 50 min rubla qədər, hüquqi şəxsləri isə 100 min rubl məbləğində cəzalandırmaq planlaşdırılır.

Bu təşəbbüsün məqsədi alkoqol istehlakını azaltmaq və sağlam həyat tərzini dəstəkləməkdir.

Seçilən
21
azpost.info

1Mənbələr