AZ

Ambulator dərman təminatına gələn ilin ikinci yarısından başlanılacaq - ZAUR ƏLİYEV

“Ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub”. SİA xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyətinə dair baş tutan mətbuat konfransında 2024-cü ilin ilk 11 ayı üzrə əldə edilən nəticələr barədə əhəmiyyətli açıqlamalar verərkən deyib.

Məlumat üçün bildirim ki, “Tibbi sığorta haqqında” qanun Milli Məclisdə 3-cü oxunuşdan keçmişdir. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin 2-ci yarısı başlanılacaqdır.

Ülkər Rəhmanqızı

Seçilən
5
8
sia.az

10Mənbələr