AZ

Tatarıstanın rəisi Ələt Azad İqtisadi Zonasını ziyarət edib

Tatarıstanın

Tatarıstanın rəisi Rüstəm Minnixanov Azərbaycana işgüzar səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasını ziyarət edib.

Bu barədə rəisin mətbuat xidməti məlumat yayıb.

Ona Ələt Azad İqtisadi Zonasının əsas üstünlükləri – zonanın müştərilərinə hazır infrastruktur və kommunal xidmətlərlə təmin olunmuş sənaye torpaq sahələrinin, həmçinin bütün növ nəqliyyat və logistika xidmətlərinin təqdim edilməsi barədə məlumat verilib.

Həmçinin qeyd olunub ki, investor əlavə dəyər vergisi, gəlir vergisi, gömrük rüsumları və s.-dən azad edilir.

Ələt Azad İqtisadi Zonasında tikinti işlərinin birinci mərhələsi 2023-cü ildə başa çatıb. 60 hektar ərazidə demək olar ki, bütün torpaq sahələri investorlar arasında bölüşdürülüb. Hazırda ağır və yüngül sənaye obyektlərinin yerləşəcəyi iki yeni sahənin tikintisi həyata keçirilir.

R.Minnixanova iki ildən sonra istifadəyə verilməsi planlaşdırılan beynəlxalq yük hava limanının tikintisi layihəsi barədə məlumat verilib. Hazırda ərazidə illik ötürmə gücü 500 min ton yük olan logistika mərkəzi yaradılıb.

Məlumata görə, R.Minnixanov "Alabuqa" Azad İqtisadi Zonasında fəaliyyət göstərən "SOLLERS Alabuqa" zavodunda istehsal olunan üç ədəd "Sollers Atlant" markalı avtobusu Azərbaycanın azad edilmiş ərazilərinin ehtiyacları üçün verib.
Seçilən
49
1
reyting.az

2Mənbələr