AZ

İki prezidentli Gürcüstan - Kim qalib gələcək?

Bu gün Gürcüstanda ölkənin Avropaya inteqrasiya yoluna qaytarılması tələbi ilə keçirilən etiraz aksiyalarının artıq 20-ci günüdür. Müxalifət həm də Gürcüstanda keçirilmiş 26 oktyabr tarixli parlament seçkilərinin nəticələrinə etiraz edir, yeni seçkilər istəyir.

Hakim "Gürcü Arzusu" Partiyası isə seçkilərin saxtalaşdırıldığı barədəki iddialrı rədd edir.

Avropa İttifaqı (Aİ) və digər Qərb institutları da müxalifəti haqlı sayır. Aİ Xarici İşlər Nazirləri Şurası Gürcüstana sanksiyalar məsələsini müzakirə edib. Aİ Gürcüstan rəhbərliyindəki yüksək vəzifəli məmurlar - rəsmi diplomatik pasportlara malik olan şəxslər üçün vizasız gediş-gəlişi ləğv etməyə hazılaşır.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də bildirib ki, Vaşinqton Gürcüstan rəsmilərinə qarşı əlavə sanksiyalar hazırlayıb və yaxın həftələrdə onları təqdim edəcək. O, bir daha “Gürcüstan demokratiyasının vəziyyətindən” narahat olduğunu bildirib.

Paytaxt Tbilisidə son bir neçə gündür etirazlar dağıdılmadan keçib, lakin mitinqlər bitdikdən sonra fəalların həbsləri davam edir.

Bu gün də Tbilisidə şəhərin müxtəlif nöqtələrindən parlamentə gedəcək çoxlu yürüşlər elan edilib.

Gürcüstanın hazırda bir-birini qəbul etməyən iki prezidenti var:

Dekabrın 14-də hakim “Gürcü Arzusu” Partiyasının parlamentdə təşkil etdiyi səsvermə nəticəsində ölkənin yeni seçilmiş prezidenti Mixeil Kavelaşvili və postunu təhvil verməyən köhnə prezident Salome Zurabişvili.

Salome Zurabişvili müxalifətin yanındadır.

Yeri gəlmişkən, Salome Zurabişvili dünən Avropa Parlamentində çıxış etmək üçün Brüsselə dəvət olunub. Bu haqda Avropa Parlamentinin sədri Roberta Mezola bildirib.

Yeni seçilmiş prezident Mixeil Kavelaşvili isə dekabrın 29-da and içəcək.

Ekspertlər andiçmədən sonra vəziyyətin necə olacağını fərqli prizmalardan şərh edirlər...

A.Qorxmaz

Seçilən
33
50
modern.az

10Mənbələr