AZ

Bu qurum üçün full komplentasiyalı xidməti avtomobillər sifariş edildi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üçün xidməti avtomobillər sifariş edilib.

Avtosfer.az xəbər verir ki, xidmət tərəfindən sifariş edilən avtomobillərin ümumi sayı 21 ədəddir.

Full komplentasiyaya malik olan avtomobillərin 2024-cü il istehsalı əsas şərtlərdəndir.

Onlardan üçü sedan tipli hibrid mühərrikli, biri krossover tipli hibrid mühərrikli, biri benzin mühərrikli sedan tipli, üçü pikap tipli və daha 13-ü isə sadə sedan tipli avtomobillərdir.

Bağlanılmış müqavilə əsasən, sifarişləri "Auto Azərbaycan" şirkəti 871.800,01 manata təhvil verəcək.

(iqtisadiyyat.az)

Seçilən
29
avtosfer.az

1Mənbələr