AZ

Kamal Abdulla ağır əməliyyat keçiribmiş

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ağır əməliyyat keçirib.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, əməliyyat bu yaxınlarda baş tutub.

Xalq yazıçısı APA-ya müsahibəsində məlumatı təsdiq edib. O, əməliyyatdan sonrakı vəziyyəti barədə də danışıb.

, - rektor"Çox yaxşıyam. Həkimlərimə minnətdaram. Onlar məni çox ağır vəziyyətdən çıxara bildilər. İndi yavaş-yavaş əvvəlki həyat ritmimə, iş rejimimə qayıdıram" deyib.

Qeyd edək ki, 74 yaşlı Xalq yazçısı 2017-ci ildən ADU-ya rəhbərlik edir.

"Cebheinfo.az"

Seçilən
45
10
cebheinfo.az

10Mənbələr