AZ

Sedokovanın keçmiş ərinin intiharı ilə bağlı ŞOK TƏFƏRRÜAT

Rusiyalı məşhur müğənni Anna Sedokova keçmiş həyat yoldaşı Yanis Timmanın intiharına münasibət bildirib.

seher.media-ın məlumatına görə, "Via-Qra" qrupunun keçmiş solisti bu barədə özünün sosial şəbəkə hesabından paylaşım edib.

İfaçı əri Yanis ilə son illərdə "cəhənnəm həyatı" yaşadığını bildirib.

Bundan başqa Anna insanlardan ailəsini narahat etməməyi xahiş edib və uşağının azyaşlı olduğunu, onun bu baş verənlərdən xəbər tutmasını istəmədiyini deyib.

Yeri gəlmişkən qeyd edək ki, ailənin yaxınlarının sözlərinə görə, basketbolçu Sedokovanı ona qayıtmasa, özünü öldürəcəyi ilə şantaj edib. Yanis hətta keçmiş həyat yoldaşının paylaşımına özünün ölüm tarixini də yazıbmış.

Müğənni Anna Sedokovanın keçmiş əri - latviyalı basketbolçu Yanis Timma dekabrın 17-də, çərşənbə axşamı Moskvada intihar edib.

seher.media bu barədə "İzvestiya"ya istinadən xəbər verir.

Məlumata görə, 32 yaşlı Timmanın yanında tapılan smartfonunda "Annaya zəng edin" və onun abunəçi nömrəsi yazılmış ekran şəkli olub.

İdmançının cəsədinin Moskvanın mərkəzində beşmərtəbəli binanın girişində tapıldığı bildirilir.

Bir gün əvvəl basketbolçu sosial şəbəkələrdə keçmiş həyat yoldaşını 42-ci doğum günü münasibətilə təbrik etmişdi.

İntihar edən basketbolçu Yanis Timma iki ay əvvəl sosial şəbəkələrində qəribə video paylaşmışdı. O zaman bir çox izləyicilər onun intihara hazırlaşdığını düşünmüşdü.

2024-cü ilin oktyabrında 42 yaşlı Anna Sedokova boşanma ərizəsi verdikdən sonra Timma "Instagram"da canlı yayıma çıxmış və balkonda aşağı yönəlmiş kameradan video yayımlamışdı. Bundan bir gün əvvəl o, dərman qutuları ilə video paylaşmışdı.

Həmçinin Timma boşanmadan əvvəl və sonra tez-tez sosial şəbəkə hesabının hekayələr bölməsində müxtəlif depressiv videolar paylaşırdı. Yaxınlarının sözlərinə görə, o, 42 yaşlı müğənni ilə ayrılığı çox ağır keçirirdi.

Seçilən
7
1
seher.media

2Mənbələr