AZ

HƏMAS və İsrail birinci mərhələdə azad ediləcək girovların sayını müzakirə edir

İsrail nümayəndə heyəti Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşması tərəfindən saxlanılan girovların azad edilməsinə dair razılaşmanı müzakirə etmək üçün bazar ertəsi axşam Qətərə gedib...

Poliqon xəbər verir ki, bu barədə Ynet xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

Rəsmi bildirib ki, dekabrın sonuna qədər razılığa gəlmək üçün səylər davam edir. O bildirib ki, təfərrüatların çoxu razılaşdırılıb, lakin əsas mübahisə ilk mərhələdə azad edilməli olan girovların sayı ilə bağlıdır.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının "Al Hadath" telekanalı HƏMAS və İsrailin dekabrın sonuna kimi girovların azad edilməsi ilə bağlı razılığa gələ biləcəkləri barədə xəbər yayımlamışdı. Adı açıqlanmayan mənbələrə istinadən telekanal Qəzza ilə bağlı yekun razılaşma yolunda əhəmiyyətli irəliləyiş olduğunu da qeyd edib.

Poliqon.info

Seçilən
21
3
poliqon.info

9Mənbələr