AZ

Küçələrdə satılan nar şirəsi faydalıdırmı?

Yazını böyüt
Yazını kiçilt

“Nar şirəsi əslində çox yaxşı içkidir. Ən azından, çox güclü antioksidantdır, immun sistemini gücləndirir, qanı artırır. Narın tərkibindəki maddələr xərçəng hüceyrələrinin çoxalmasını ləngidir, bəzi hallarda hətta onların ölümünə səbəb olur. Amma istənilən ərzaq nə qədər faydalı olursa-olsun, keyfiyyətli şəkildə hazırlanmalıdır”.

Bu fikirləri Hafta.az-a açıqlamasında küçələrdə yerindəcə çəkilib plastik qablarda satılan nar şirələri ilə bağlı qida texnoloqu Ağa Salamov bildirib.

Onun sözlərinə görə, bu şirələr natəmiz şəraitdə toksik effektlərə səbəb ola bilər: “Təbii ki, ilkin emalda nar yuyulmalı və təmizlənməlidir. Eyni zamanda, narsıxan dəzgah təmiz olmalıdır və  emal prosesində xüsusi tibbi əlcəkdən istifadə edilməlidir. Yalnız bundan sonra emal prosesinin gigiyenik qaydalara uyğun aparıldığından danışmaq olar. Yəni, gigiyena qaydalarına mütləq əməl olunmalıdır. Biz demirik ki, bu işlə məşğul olanların fəaliyyəti dayandırılsın. İnsanların da durumunu başa düşürük, onlar da istəyirlər ki, bu məhsulu satıb pul qazansınlar. Sadəcə deyirik ki, gigyena qaydalarına əməl etməklə nar şirəsini satsalar, daha yaxşı, daha faydalı olar”.

Seçilən
20
hafta.az

1Mənbələr