AZ

Bu ölkələr Rusiya və Şimali Koreyanın hərbi əməkdaşlığını qınadı – Birgə bəyant yaydılar

ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya, İngiltərə və Avropa Birliyi ölkələri Şimali Koreya ilə Rusiya arasında artan hərbi əməkdaşlığı pisləyən birgə bəyanat yayıb.

“Biz Şimali Koreya ilə Rusiya arasında artan hərbi əməkdaşlığı, o cümlədən Şimali Koreya qoşunlarının Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya göndərilməsini qətiyyətlə pisləyirik. Biz Şimali Koreyanı Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsinə hər cür dəstəyi, o cümlədən qoşunlarını geri çəkməyi dərhal dayandırmağa çağırırıq”, – bəyanatda qeyd olunur.

Bəyanatda Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsinə birbaşa dəstəyinin münaqişənin təhlükəli şəkildə genişlənməsinə səbəb olduğu vurğulanıb.

Bildirilib ki, bu, “Avropa və Hind-Sakit okean regionlarının təhlükəsizliyi üçün ciddi risklər yaradır”.

“Şimali Koreyanın Ukraynaya qarşı istifadə üçün Rusiyaya ballistik raketlər, artilleriya mərmiləri və digər hərbi texnika ixracı və Rusiyanın Şimali Koreya əsgərlərinə silah və ya müvafiq materiallar öyrətməsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1718 (2006) qətnaməsini pozur. Bu, 1874 (2009) və 2270 (2016) saylı qətnamələrin açıq-aşkar pozulmasıdır. Rusiyanın kütləvi qırğın silahlarına və onların çatdırılma vasitələrinə malik olmasından, Şimali Koreyanın qeyri-qanuni silah proqramına verə biləcəyi hər hansı siyasi, hərbi və ya iqtisadi dəstəkdən dərin narahatıq və bu, Koreya yarımadasında onsuz da gərgin olan mühiti daha da gərginləşdirəcək”.

Bəyanatda Rusiyadan müharibəyə son qoymaq və Şimali Koreya ilə hərbi əməkdaşlığı dayandırmaqla bağlı çağırış edilib.

“AzPolitika.info”

phrase_var_article.chosen
22
3
7times.az

4phrase_var_article.sources