AZ

Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar 4%-ə yaxın azalıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında əsas kapitala 15 milyard 910,3milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 3,8 faiz az investisiya yönəldilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyalarınhəcmi 9 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalarınhəcmi isə 1,1 faiz azalıb.

İstifadə olunmuş investisiyanın 8 milyard 138,8 milyon manatı vəya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 617,8 milyonmanatı (35,3 faizi) xidmət sahələrinə, 2 milyard 153,7 milyonmanatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.Əsas kapitala yönəldilmiş investisiyaların 13 milyard 66,5 milyonmanatını və ya 82,1 faizini daxili investisiyalar təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların 11 milyard 434,8milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırmaişlərinin yerinə yetirilməsinə sərf olunub.

Seçilən
25
15
az.trend.az

10Mənbələr