AZ

İran Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusu alacaq

Moskva, 17 dekabr, AZƏRTAC

İran Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusu alacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

“İttifaqda müşahidəçi dövlətlərin dairəsi genişlənir. Özbəkistan və Kuba ilə yanaşı, belə status İrana da veriləcək”, - deyə o qeyd edib.

Baş nazir nəşrə müsahibəsində, həmçinin vurğulayıb ki, MDB ölkələri Rusiyanın ən yaxın müttəfiqləri və əsas tərəfdaşlarıdır, bir-birinin güclü tərəflərindən istifadə edilməsi isə inkişaf üçün yeni imkanlar yaradır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
49
6
azertag.az

7Mənbələr