Regional hökumətin saytında verilən açıqlamaya görə, Çin-Rusiya iqtisadi forumu “Amurexpo 2025” 23-25 may 2025-ci il tarixlərində Amur vilayətində keçiriləcək.
"Cebheinfo.az" bu barədə "TASS"a istinadən xəbər verir.
"Gələn il mayın 23-25-də “Amurexpo 2025” forumu Blaqoveşensk və Heyhe şəhərlərində keçiriləcək. Forum yenə də Şərq İqtisadi Forumunun sahədən kənar tədbirlərindən biri olacaq. Amurexpo 2025 sərgisi çərçivəsində 2-ci Rusiya-Çin İnşaat Forumunun keçirilməsi planlaşdırılır" - deyə məlumatda bildirilıb.
Xatırladaq ki, 1-ci Rusiya-Çin İnşaat Forumu 15-17 aprel 2024-cü il tarixlərində Çinin Harbin şəhərində keçirilib.