AZ

Əsədin qandonduran cinayəti üzə çıxdı - Yüz min insanı birdən...

İnsan haqları müdafiəçiləri Suriyanın paytaxtı Dəməşq yaxınlığında kütləvi məzarlıq aşkar ediblər. Burada diktator Bəşər Əsədin hakimiyyəti dövründə öldürülən ən azı 100 min insanın cəsədi var.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik bildirir ki, bu, Suriyada beş belə kütləvi məzarlıqdan biridir.

Kütləvi dəfnlərlə bağlı məlumat ölkədən qaçmağa müvəffəq olmuş bu prosesdə iştirak etmiş şəxslərin ifadələrinə əsaslanır.

Ölənlər arasında suriyalılarla yanaşı, ABŞ, Böyük Britaniya və digər ölkələrin vətəndaşları da var.

Agentlik qeyd edir ki, cəsədlərin daşınması ilə Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat bölməsi məşğul olub. Qurbanlar əvvəlcə hərbi xəstəxanalara aparılıb, orada işgəncə ilə öldürülüb, ardınca müxtəlif kəşfiyyat qurumlarına təhvil verilib və kütləvi məzarlıqlarda dəfn edilib.

Dəməşq bələdiyyəsinin Cənazə Evi dəfnlər üçün istifadə olunub.

Hüquq müdafiəçiləri kütləvi məzarları qazmağa məcbur edilən buldozer sürücüləri ilə danışıblar. Məlumata görə, fəhlələrə tez-tez cəsədləri qəbirlərə sığdırmaq üçün sıxışdırmaq və üzərlərini torpaqla örtmək tapşırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
32
teleqraf.com

1Mənbələr