AZ

“Bu, böyük səhvdir” - Xamenei İsrailə meydan oxudu

“ABŞ, sionist rejim və onun bəzi müttəfiqləri Suriyada baş verən proseslərdən istifadə edərək öz cinayətlərini davam etdirir və bunu (Bəas rejiminin devrilməsini) dünyanın sonu kimi göstərməyə çalışırlar. Bu, böyük səhvdir”.

“AzPolitika” xəbər verir ki, bunu İranın dini lideri Ayətullah Əli Xamenei deyib.

O, qeyd edib ki. İsrail Suriyaya girdiyi üçün böyük məğlubiyyətə uğrayacaq.

“Qəzza zolağında və Livanda müharibə davam edir. İsrail Hizbullah qüvvələrini mühasirəyə almaq və məhv etmək üçün Suriyanı işğal etdi. Amma məhv ediləcək İsraildir”, - deyə o, bildirib.

“AzPolitika.info”

Seçilən
13
32
azpolitika.info

10Mənbələr