AZ

Azərbaycanda ən çox kiberhücuma məruz qalan sahələr açıqlanıb

Azərbaycanda ən çox hücuma məruz qalan sahələr neft-qaz, tikinti və binaların avtomatlaşdırılmasıdır.

APA-Economics” xəbər verir ki, bunu "Kaspersky"nin Rusiya tədqiqat mərkəzinin rəhbəri, kibertəhlükəsizlik üzrə beynəlxalq ekspert Dmitri Qalov deyib.

“Yanvar-noyabr aylarında Azərbaycanda ən çox hücuma məruz qalan sənaye sahələri 39 faiz neft və qaz, 36 faiz - binaların tikintisi və avtomatlaşdırılması, 30 faiz isə digər sənaye sahələrinə aid olub. Ən çox rast gəlinən təhlükələrə gəldikdə bunların 10 faizi təhlükəli veb resurslar, 8 faizi fişinq, zərərli skriptlər və troyanlar, backdoorlar, keyloggerlərdir. İstifadəçilərinin 30 faizinin hücumlarla qarşılaşdığını qeyd edə bilərik” - Dmitri Qalov əlavə edib.

phrase_var_article.chosen
24
2
apa.az

3phrase_var_article.sources