AZ

Azərbaycanda 3 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb

Azərbaycan Mərkəzi Bankı 2 fiziki şəxsə sığorta agenti və 1 fiziki şəxsə sığorta brokeri fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini 1 ay müddətinə dayandırıb.

FED.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu qərar dekabrın 16-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabat təqdim edilmədiyi üçün dayandırılıb.

Seçilən
15
2
fed.az

3Mənbələr