AZ

Britaniya kəşfiyyatı Rusiyanın müharibədəki tank itkisini təhlil etdi

Britaniya kəşfiyyatı 2022-ci ildə müharibə başlayandan bəri Rusiya ordusunun hərbi texnika itkilərini təhlil edib. 

Qaynarinfo bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin 17 dekabr tarixli kəşfiyyat hesabatına istinadən xəbər verir.

Britaniya kəşfiyyatı qeyd edib ki, 2022-ci ilin fevralından bəri Rusiya 3,6 mindən çox əsas döyüş tankı və 8 minə yaxın zirehli texnika itirib.
Britaniya kəşfiyyatı qeyd edib ki, bu, strateji anbarlardakı köhnəlmiş və keyfiyyətsiz sovet dövründən qalma avadanlıqların istifadəsinə gətirib çıxarıb.

Hesabatda qeyd olunduğu kimi, rusiyalılar zirehli texnikanı anbardan çıxarır, imkan daxilində modernləşdirir və cəbhəyə göndərir.

Britaniya kəşfiyyatının vurğuladığı kimi, görüntülər 2022-ci ildən bəri Arsenyev, Buye və Ulan-Udedəki tank bazalarında zirehli texnikaların sayının əhəmiyyətli dərəcədə azaldığını təsdiqləyir.

Nizami Bağırov
phrase_var_article.chosen
12
10
qaynarinfo.az

10phrase_var_article.sources