Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 208,6 milyon nəfər olub.
Gundem.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.
Qeyd edək ki, bu ilin ilik 11 ayında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 127 milyon ton yük, 1650,4 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,5 faiz və 8,2 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,2 faizi avtobus, 4,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 13,2 faiz, sərnişin dövriyyəsi isə 9,5 faiz artıb.