Azərbaycan Mərkəzi Bankı (AMB) üç fiziki şəxsə sığorta agenti və bir fiziki şəxsə sığorta brokeri fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bir ay müddətinə dayandırıb.
Bu barədə Valyuta.Az AMB-yə istinadən xəbər verir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının 16 dekabr 2024-cü il tarixli Qərarı ilə siyahıda adları qeyd edilən bir fiziki şəxs olan sığorta brokerinə və iki sığorta agentinə verilmiş lisenziyaların qüvvəsi bir ay müddətinə dayandırılıb”, - deyə məlumatda qeyd olunub.
Lisenziyalarının qüvvəsi dayandırılmış sığorta vasitəçilərinin siyahısını təqdim edirik:
№ | Sığorta vasitəçisinin adı | Fəaliyyət | Lisenziyanın | Lisenziyanın nömrəsi | VÖEN |
növü | tarixi | ||||
1 | Abdullayev Fariz İldırım oğlu | Broker | 09.03.2016 | 88986 | 2003207402 |
2 | İsbatov Elçin Nadir oğlu | Agent | 03.12.2018 | SA-0114 | 2905072502 |
3 | Qaracayev Nicat Tahir oğlu | Agent | 07.08.2012 | 713 | 1002576062 |
© Trend