EN

Mərkəzi Bank üç sığorta vasitəçisinin lisenziyasının qüvvəsini dayandırdı

Azərbaycan Mərkəzi Bankı (AMB) üç fiziki şəxsə sığorta agenti və bir fiziki şəxsə sığorta brokeri fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bir ay müddətinə dayandırıb.

Bu barədə Valyuta.Az AMB-yə istinadən xəbər verir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının 16 dekabr 2024-cü il tarixli Qərarı ilə siyahıda adları qeyd edilən bir fiziki şəxs olan sığorta brokerinə və iki sığorta agentinə verilmiş lisenziyaların qüvvəsi bir ay müddətinə dayandırılıb”, - deyə məlumatda qeyd olunub.

Lisenziyalarının qüvvəsi dayandırılmış sığorta vasitəçilərinin siyahısını təqdim edirik:

Sığorta vasitəçisinin adı Fəaliyyət Lisenziyanın Lisenziyanın nömrəsi VÖEN
növü tarixi
1 Abdullayev Fariz İldırım oğlu Broker 09.03.2016 88986 2003207402
2 İsbatov Elçin Nadir oğlu Agent 03.12.2018 SA-0114 2905072502
3 Qaracayev Nicat Tahir oğlu Agent 07.08.2012 713 1002576062

 © Trend

Chosen
24
1
valyuta.az

2Sources