Demokrat.az xəbər verir ki, 2018-ci ildə Almaniyada bir məzarlıqda kişi skeletinin əlindən amulet tapılıb. Amuletin üzərində olan yazı kompüter tomoqrafiyası texnologiyasından istifadə etməklə deşifrə edilib.
Təxminən 8 ildən sonra qiymətləndirilə bilən tapıntılar haqqında Frankfurt Bələdiyyə Başçısı Mayk Yozef danışıb. O bildirib ki, bu Frankfurtdakı Xristianlıq tarixini 50-100 il əvvələ aparacaq bir tapıntıdır.
Mütəxəssislərə görə bu yazı Bütpərəst və ya yəhudi elementlərdən azad, tamamilə xristian məzmununa malikdir.
Höte Universitetindən arxeoloq professor Markus Şolz qeyd edib ki, belə yazılar adətən yunan və ya ivrit dilində olur.
Yazının latın dilində olması mütəxəssisləri təəccübləndirib.
Əfsanə Kamal
Demokrat.az