Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib:
“Türkiyə Suriyanın təbii sərvətlərinin neo-imperialist qüvvələr tərəfindən bölünməsinin qarşısını almaq istəyir. Türkiyə açıq şəkildə vurğulayır ki, Suriyanı bölmək siyasətinin qarşısında hər zaman əngəlləyici qüvvə olacaq. Türkiyə istəyir ki, onun qonşusu olan Suriyada ərazilərinə qarşı terrorçuluq fəaliyyəti göstərən PYD və YPG at oynatmasın”.
O bildirib ki, bu gün Türkiyəyə qarşı mövqedə dayanan qüvvələr Suriyada terror təşkilatlarının varlığını davam etdirməsinə çalışırlar:
“Hesab edirəm ki, Suriyada yeni qurulacaq hökumət Türkiyənin tarixi qonşuluq rolunu, siyasi əhəmiyyətini, Suriya xalqına sahib çıxmağını dəyələndirməyi bacaracaq”.
Əfsanə Kamal
Demokrat.az