AZ

Kənardan yönəldilən təxribat tələsi: Nələrə diqqət etməliyik?

Hazırkı dövrdə informasiya texnologiyalarının inkişafı, internet resurslarının genişliyi daha çox məlumat əldə etmək imkanlarını artırır. İnformasiya bolluğu şəraitində yayılan saysız-hesabsız xəbərləri süzgəcdən keçirərək doğru olanları seçmək və cəmiyyətə təqdim etmək xüsusi əhəmiyyət kəsb edir. Bu isə sözsüz ki, media savadlılığı və yüksək peşəkarlıq tələb edir.


Mövzu ilə bağlı Bakupost.az -a danışan Bakı Dövlət Universitetinin (BDU) professoru Cahangir Məmmədli deyir ki, doğru olmayan, həqiqətə söykənməyən məlumatı yaymaq jurnalistika qanunlarına ziddir:

"İstənilən vəziyyətdə təsdiqlənməmiş məlumatlar yaymaq düzgün deyil. Əgər məlumat gizlədilirsə, media məlumatın təsdiqlənməmiş olduğunu vurğulamaqla onu yaya bilər. Mütləq şəkildə bu xəbərin təsdiqlənməmiş olduğu bildirilməlidir".



Ekspertin sözlərinə görə, media qurumları bütün hallarda cəmiyətə doğru xəbər çatdırmaq prinsipini qorumalı, etik normalar, jurnalistikanın prinsipləri nəzərə alınmalıdır:

"Jurnalistin üzərinə qoyulan vəzifə xəbər əldə etmək və yaymaqdır. Xəbərin necə əldə edilməsi və yayılması çox önəmli məsələlərdən biridir. İnformasiya heç vaxt birtərəfli qaydada, yalnız bir tərəfin mənafeyi nəzərə alınaraq verilməməlidir. Rəsmi mənbələrə istinad da önəmlidir. Jurnalist peşə marağını vətəndaşın hüquqlarından üstün tutmalıdır”.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli də hesab edir ki hər hansı məlumat ən azı iki mənbədən dəqiqləşdirilməlidir:

"Bu, vacib məsələdir. Həm rəsmi mənbə, həm də əlavə informasiya qaynaqları olmalıdır. Çünki indi həssas zonada tez-tez dəyişən hadisələr ola bilir. Amma bizdə informasiyaların çoxu telefon zənglərinə söykənir. Heç kim hadisə yerinə getmir, məlumatı dəqiqləşdirmir. Nəticədə də kənardan yönəldilən təxribat tələsinə düşürlər. Bu da gəlib peşəkarlıq məsələsinə dayanır".

Q.Məhərrəmlinin sözlərinə görə, jurnalistlər həssas məsələləri işıqlanıdırarkən daha dəqiq və düşüncəli olmalıdırılar:

"İnformasiya dəqiq, dolğun, tam qərəzsiz və balanslı olmalıdır. Bu suallara cavab verməyən yarımçıq informasiyalar həmişə yanlış qənaətlər formalaşdırır”.



Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə deyir ki, ölkə konsitutsiyasında hər bir vətəndaşın informasiya almaq, axtarmaq və yaymaq hüququ var. Amma informasiyanın doğru-dürüst olması məsələsi var ki, jurnalistlər mütləq bu qaydaya riayət etməlidirlər.


phrase_var_article.chosen
19
1
yenilik.az

2phrase_var_article.sources