AZ

Bakıda həbsdə olan Qarabağ separatçılarının işi məhkəməyə göndərildi VİDEO

Bakıda həbsdə olan erməni hərbi cinayətkarların işi məhkəməyə göndərilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işi məhkəməyə göndərilib.

Məlumata görə, Azərbaycana və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işinin istintaqı yekunlaşıb.

Cinayət işi üzrə ittiham aktı baş prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

phrase_var_article.chosen
35
xezerxeber.az

1phrase_var_article.sources