AZ

Zelenski Trampla ünsiyyətdə vasitəçilik etməkdən imtina edib

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla birbaşa əlaqə qurmaq niyyətində olduğunu açıqlayıb və bunun üçün vasitəçilərə ehtiyacı olmadığını vurğulayıb.

SİA-nın məlumatına görə, “İnterfaks-Ukrayna” xəbər verir ki, bu barədə dövlət başçısı çərşənbə axşamı, dekabrın 17-də Lvovda Yerli və Regional Hakimiyyətlər Konqresində çıxışı zamanı bildirib.

...Mən prezident Trampla danışıram. Bir neçə görüşümüz, söhbətlərimiz, vasitəçiliklərimiz oldu. Bunun üçün mənə bu mövzuda özünü təbliğ edən başqa ölkələr, fərqli siyasətçilər lazım deyil. Sizə düz deyirəm: bizim ölkə daxilində də mənə vasitəçi lazım deyil.

Zelenski deyib bunu.

...Bundan əvvəl Zelenski ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra onunla daha sıx təmasların başlayacağına ümid etdiyini bildirib.

Əli Babayev

Seçilən
28
1
sia.az

2Mənbələr