ABŞ-nin əvəzinə Ukraynaya hərbi yardımın göndərilməsinin koordinasiyasını NATO öz üzərinə götürüb.
Bu barədə mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.
Hesabatda deyilir: “Bir neçə aylıq gecikmədən sonra atılan addım NATO-ya münaqişədə daha fəal rol verəcək”.
Qeyd olunur ki, Şimali Atlantika Alyansından münaqişə zonasına öz hərbi personalını göndərmək tələb olunmayacaq.