AZ

“Media savadlılığının inkişafı üçün süni intellektdən faydalanmaq zəruridir”- MÜSAHİBƏ

AzNews.az analitik-informasiya portalının suallarına filologiya üzrə fəlsəfə doktoru, media eksperti, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri Leyla Rəşid cavab verir

- Media savadlılığı nədir və niyə bugünki cəmiyyətdə bu qədər vacibdir?

- Media savadlılığımediada düzgün və məqsədyönlü şəkildə kommunikasiya, informasiyanı tənqidi şəkildə analiz etmək, fərqli mənbələrdən gələn məlumatlarıqiymətləndirmək bacarığıdır. Media savadlılığı auditoriyanın kontent istehsalında media media və texnologiyadan istifadə ilə bağlı bilik və yaradıcı bacarıqlarının inkişafına kömək edir. Auditoriyaya mediakommunikasiya prosesində məzmunun mənasını başa düşmək, qərarlar qəbul etmək və sosial məsələlərə təsir etmək imkanı verir. Bu günkü cəmiyyətdə media savadlılığının vacibliyi bir necə faktora bağlığır. Bu amillər sırasında məlumat axınının çoxluğu, yalan məlumatların sürətlə yayılması, sosial şəbəkələrdəki manipulyasiya məqsədli məzmun, təhsil və şəxsiyyətin formalaşması, demokratik cəmiyyətin qorunması və s. yer alır. İnternet, xüsusən də sosial şəbəkələr vasitəsilə hər an yayılan informasiyalar içərisində doğru, yanlış, təhrid edilmiş və ya manipulyasiya edilmişməlumatlar da mövcuddur. Xüsusilə, sürətlə yayılan yalan və dezinformasiya ictimaiyyətin yanlış qərar qəbul etməsinə, siyasi və sosial məsələlərdə manipulyasiyasına səbəb ola bilir.Media savadlılığı bu məlumatları tanımaq, doğru şəkildə seçmək və qiymətləndirmək üçün vacibdir. Eyni zamanda, mediadairqi stereotiplər, zorakılıq, məxfiliyin itirilməsi, şəxsi rekvizitlərə müdaxilə, kiberbullinq kimi mənfi hallarla mübarizədə media savadlılığıgüclü vasitədir. Bildiyimiz kimi, media yalnız insanların informasiya tələbatını ödəmir, həm də dünyagörüşünü formalaşdırır. Bu mənada, media savadlılığı cəmiyyətin inkişafı, sosial ədalət və fərdi inkişaf baxımından da çox vacibdir.

- Media vasitəsilə yayılan informasiyalarda etik prinsiplərə əməl etmək biz jurnalistlər üçün nə dərəcədə əhəmiyyətlidir?

- Etik prinsiplər jurnalistin peşəkar fəaliyyətinin əsas təməlini təşkil edir. Jurnalistlərin informasiya istehsalında etik prinsiplərə, davranış qaydalarına, həmçinin yazılı və şifahi nitqdə etik normalara -ədəbi dil normalarına, nitq mədəniyyətinəəməl etməsi nəinki əhəmiyyətlidir, vacibdir, şərtdir. Çünki jurnalistcəmiyyət və dövlət qarşısında, fəaliyyət göstərdiyi media subyekti qarşısında, peşəsi və auditoriyası qarşısında məsuliyyət, cavabdehlik daşıyır. Jurnalistin məsuliyyətini, cavabdehliyini dərk etməsi üçünözünü tənzimlə vacibdir. Azərbaycan jurnalistlərinin özünü tənzimləmə mexanizmi Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksində, Jurnalistlər Birliyinin qəbul etdiyi Jurnalistlərin Peşə Etikası Kodeksində müəyyənləşdirilib.Bu prinsiplər beynəlxalq jurnalist təşkilatların etik kodekslərinə, beynəlxalq təşkilatların normativ aktlarına və konvensiyalarınaəsaslanır. Jurnalistlərinetik prinsiplərə əməl etməsi peşəkar fəaliyyətin keyfiyyətini artırmaqla yanaşı, cəmiyyətin düzgün məlumatlandırılmasını, mediaya və jurnalistlərə olan etibarının qorunmasını, məqsədli manipulyasıyanın qarşısının alınmasını təmin etmək baxımından çox önəmlidir. Təəssüflər olsun ki, bu gün mediada etik prinsiplərin pozulması hallarına tez- tez rast gəlinir.

- Media savadlılığının inkişafı üçün bu sahədə hansı addımlar atılmalıdır?

- Media savadlılığının inkişafı üçün ilk addım təhsil sistemində media savadlılığının təşviqidir. Media savadlılığı təhsiliABŞ-da və bir çox Avropa ölkələrindəkurrikulumun bir hissəsi olub otra məktəblərdən başlayaraq tədris olunur. Azərbaycanda da media savadlılığıməktəblərdə və bütün universitetlərdə tədris olunan fənlər sırasına daxil edilərsə, şagirdlər və tələbələr media, kommunikasiya sahəsində biliyə sahib olaraq,mediadan düzgün istifadə etməyi, kontent istehsalını, tənqidi dəyərləndirməvə təhlil aparmağı bacararlar. Bunun üçün müxtəlif təhsil müəssisələrinin müəllimlərinə media savadlılığı mövzusunda təlim və seminarlar keçirilməlidir.
Xatırladım ki, Azərbaycanda media savadlılığı sahəsində bir sıra mühüm addımlar atılıb, bir sıra təşəbbüslər və layihələr həyata keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” qəbul edilib, bu strategiya media savadlılığının artırılmasında önəmli məsələlərdən biri kimi müəyyən olunub. 2016-cı ildə UNESCO-nun təşəbbüsü ilə Azərbaycanda “Media və İnformasiya Savadlılığı” adlı layihə həyata keçirilib. Medianın İnkişafı Agentliyi tərəfindən ölkəmizdə jurnalistər üçün media savadlılığı üzrə təlimlər keçirilib.Bu gün keçirilən konfrans da media savadlılığı mövzusunda məlumatlılığın artırılması məqsədilə təşkil olunub.

Kütləvi media nümayəndələrin, həmçinin jurnalistlərin bu sahədə peşəkar inkişafı üçün təlimlər mütəmadi təşkil olunmalıdır. Media mütəxəssisləri arasında təcrübə mübadiləsini təşviq etmək, peşəkar inkişafı stimullaşdırmaq və yeni media texnologiyalarına uyğunlaşmanı təmin etmək vacibdir. Media savadlılığı təlimləri və resursları onlayn platformalarda, mobil tətbiqlərdə mövcüd olmalıdır ki, istifadəçilərin məlumatlara çıxışı asanlıqla təmin edilsin. Bu sahədə ictimaiyyətin informasiyanı analiz etməsi və qiymətləndirməsinə imkan verən müxtəlif tətbiqlər, proqramlar, metodlar hazırlanmalıdır. Məsən ,məlumatın etibarlılığını yoxlamaq üçün internet alətləri, tətbiqləri, media savadlılığının cəmiyyətdə kütləvi təşviqi üçün maarifləndirmə kampaniyaları aparılmalıdır. Bu məqsədlə sosial tədbirlər, kütləvi müzakirələr və forumlar təşkil olunmalıdır ki, istifadəçilər media və texnologiya mövzusunda təcrübələrini və biliklərini paylaşa bilsinlər. Beynəlxalq təşkilatlar və hökümətlər dezinformasiya ilə mübarizə strategiyaları hazırlamalıdırlar. Müstəqil media qurumları və fakt-yoxlama təşkilatları yalan məlumatları mütamadi olaraq ifşa etməlidir. Cəmiyyətin tənqidi düşüncə qabiliyyətini inkşafı üçün təlimlər təşkil olunmalı, istifadəçilərin fərdi məsuliyyəti artırılmalıdır.Media savadlılığının inkişaf perspektivi üçün müxtəlif sahələrdə birgə əməkdaşlıq vacibdir. Təhsil, media, informasiya texnologiyaları, media mütəxəssisləri, hökümət və cəmiyyətin digər üzvləriinin birlikdəfəaliyyəti bu sahədə uğurlu nəticələr verə bilər.

- Deepfake və saxta xəbərlə necə mübarizə aparmaq olar?

- Deepfake və saxta xəbərlərlə mübarizə kompleksvə qlobal yanaşma tələb edir.Texnoloji vasitələrdə istifadə, jurnalistikada etik prinsip və məsuliyyətin qorunması, hüquqi tənzimləmələr, sosial media platformalarının, qeyri-hökumət təşkilatları və müstəqil qurumların aktiv olması bu mübarizədə əsas amillərdəndir. Sosial şəbəkələr deepfake və saxta xəbərləri tanımağa və aradan qaldırmağa yönəlik sərt siyasət tətbiq etməlidir. Deepfake texnologiyasının inkişafı ilə mübarizə üçün vizual və audiovizual informasiyaların saxta olub-olmamasını təhlil edən alqoritmlər və proqramların istifadəsi genişləndirilməlidir. İnternetdə yayılan məlumatları tez bir zamanda yoxlamağa imkan verən Snopes, PolitiFakt kimi fakt- yoxlama alətləri cəmiyyət içərisində yayılmalıdır. Belə alətlər, istifadəçilərə saxta xəbəri tanımaqda və doğru informasiyanı təyin etməkdə dəstək verir. Bütün bunlarla yanaşı, cəmiyyətin fərdi məsuliyyətini artırmaq və media və informasiya savadlılığını gücləndirmək uzunmüddətli həllərdəndir.

- Süni intellekt və yeni texnologiyalar media savadlılığına hansı təsirlər göstərir?

Seçilən
15
aznews.az

1Mənbələr