AZ

“Türkiyə Suriya üsyanı zamanı HTŞ-ni dəstəkləməyib”

Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Suriyada Bəşər Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən hadisələr zamanı Türkiyənin Heyət Təhrir əş-Şam (HTŞ) təşkilatını dəstəkləmədiyini deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Çelik bu barədə "Habertürk" televiziyasına açıqlamasında bildirib.

"Bəziləri Türkiyənin HTŞ-ni dəstəklədiyini və bütün bu hücumların əmrini verdiyini iddia edir. Bu tamamilə yanlışdır",- deyə Çelik vurğulayıb.

O qeyd edib ki, Türkiyə lap əvvəldən qonşu ölkədə qan tökülməsinə və siyasi nizamlanmaya çağırır.

phrase_var_article.chosen
38
operativmm.az

1phrase_var_article.sources